AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niderland tədqiqatçısı zəlzələni 2 gün əvvəl xəbər verib

  • + A
  • - A
  • 6-02-2023, 13:37

    Niderland tədqiqatçısı zəlzələni 2 gün əvvəl xəbər verib

    Bu, elmdir - Politoloq Şahin Cəfərli yazır...

    Türkiyənin özünün də bu sahədə yüksək səviyyəli alimləri, mütəxəssisləri var. Türkiyəni izləyənlər bilir, Cəlal Şəngör, Naci Görür və digər məşhur alimlər uzun illərdir xəbərdarlıq edirdilər ki, həm İstanbulda, həm də Anadoluda böyük zəlzələ yaxınlaşır, dövlətin əsas gündəm mövzusu bu olmalıdır, yoxsa gec olacaq.

    Təəssüf ki, ölkədə stabil, uzunömürlü hökumətin iş başında olmasına baxmayaraq, ötən müddətdə bu sahədə ciddi bir iş görülmədi, əksinə, 1999-cu il zəlzələsindən sonra xalqın ianələri və vergiləri ilə toplanan 66 milyard TL "deprem parası" (TL-nin ölmədiyi illərdə böyük pul idi) başqa məqsədlərə xərcləndi. Nizamsız və plansız tikintilər bütün ölkəni bürüdü, inşaat sektoru iqtisadi böyümənin əsas istiqaməti kimi seçildi. İstanbulda böyük meşə əraziləri məhv edildi. Hələ yaxşı ki, "Kanal İstanbul" avantürasını həyata keçirməyə pul çatmadı, yoxsa olan-qalan yaşıllıqları da məhv edib, betonlaşmanın miqyasını daha da genişləndirəcəkdilər...

    Zəlzələdə ölmək tale, alın yazısı, Allahın əmri deyil. Bir az əvvəl Türkiyə prezidenti Malatya, Qaziantep və Urfa bələdiyyə başqanları ilə telefon əlaqəsi saxlayıb. Lakin zəlzələnin baş verdiyi digər vilayətlər - Hatay, Mersin və Adana bələdiyyə başqanlarına zəng etməyib, çünki bu bələdiyyələr müxalifətin əlindədir. Adam bu ağır anlarda belə siyasi ayrı-seçkiliklə məşğuldur. Məncə, bu bədnam idarəçilik təfəkkürü və diskriminasiya siyasəti də bu zəlzələdə çökdü...

    Keçmiş olsun, Türkiyə!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR