Fevralın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.
Gündəliyin təsdiqindən sonra Komitə sədri birinci məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, cənab Prezidentin imzası ilə Milli Məclisə təqdim olunan qanun layihəsi media subyektlərinin vergidən azad olunması ilə bağlı müddəaları özündə ehtiva edir. İclasda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak edib, deputatlarla birgə müzakirə aparıb.
Milli Məclisin mətbuat xidmətindən
Azadmedia az-a verilən məlumata görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı hazırlanan qanun layihəsini media sahəsində dövlət tərəfindən aparılan islahatların növbəti addımı kimi dəyərləndirib. O, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin media subyektlərinin iqtisadi müstəqilliyinin, çevikliyinin, maliyyə şəffaflığının, peşəkarlığının artırılmasına imkanlar yaradacağından danışıb.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.