Türkiyədə baş vermiş zəlzələ qurbanlarına ölkəmizdə ictimai yardım kampaniyası davam edir. Vətəndaşlarımız könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım məntəqəsinə çatdırırlar.
Heydər Əliyev adına İdman Konsert Kompleksi əhaliyə müraciət edib. Azadmedia.az müraciətə xitabən yardım etmək istəyən əhaliyə məlumat üçün bildirir ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsinə davam edirlər, tırlara yığılaraq göndərilməsini təmin edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.