“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 fevral 2023-cü il tarixində Kürdəmir şəhərində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinləri qəbul edəcək.
Qurumdan Azadmedia.az-a verilən məlumata görə qəbul saat 10:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.