AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peşəkar diskussiya mühiti niyə vacibdir?

  • + A
  • - A
  • 11-02-2023, 13:46

    Peşəkar diskussiya mühiti niyə vacibdir?

    Zaur İbrahimli çox aktual mövzudan yazıb. Necə olur ki, məntiqlə 2 kəlməni ardıcıl deyə bilməyən, cəmiyyətə faydası olmayan insanlar sosial şəbəkədə fenomenə çevrilir? Azadmedia.az sözügedən məqaləni təqdim edir:
    Dahi İmmanuil Kant deyirdi ki, “Təkzib Peşəkar diskusiya mühiti niyə vacibdir?
    olunmaqda qorxulu heç nə yoxdur, başa düşülməməkdən qorxmaq laızmdır” . İngilis publisisti və siyasətçisi Con Kenfild Molli isə hesab edirdi ki, “Susmağa məcbur etmək inandırmaq demək deyil”. Ulu xalqımızın ataları isə deyib ki, “Ara sözü ev yıxar”.
    Peşəkar diskusiya mühiti niyə vacibdir?
    İndiki informasiya əsrində ən müxtəlif mənbələrdən məlumat alan insanlar, cəmiyyət ətrafda nə baş verdiyini, nəyin doğru, nəyin yanlış olduğunu, perspektivin necə göründüyünü bilmək istəyirlər.
    Hazırda isə ictimai iştirakçılığın ən vacib komponenti kommunikasiyadır. Müasir dövrün tələbləri cəmiyyətlə, ayrı-ayrı təbəqələrlə səmərli kommunikasiyanı şərtləndirir. Kommunikasiya itəndə çox ciddi problemlər yaranır. Amma cəmiyyətlə kommunikasiya imitasiya xarakterindən uzaq olmalıdır. İndi çoxsaylı alternativlər var ki, insanlar imitasiyanı çox tez bir zamanda aşkarlaya bilirlər. Bu sadə həqiqətlər isə unudulur. Məhz buna görə, ayrı-ayrı şəxslər sosial şəbəkələrdə belə populyarlıq qazanırlar, 3 dostunun yanında sözünü keçirə bilməyənlər, adi dost məclisində iki kəlmə söz deyə bilməyənlər, bir bədii əsər belə mütailə etməmiş kəslər ictimai rəy liderinə çevriliblər. Açıq diskusiya vərdişlərini itirən cəmiyytələr məhz şarlatanlara qulaq verməyə başlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR