Bu gün saytımızda Şamaxı şəhərində yaşayan Alxas Məmmədovun timsalında Azərbaycan 33 ünvanında yaşayan bina sakinlərinin problemi barədə yazmışdıq. Şamaxı Rayon İcra Hakimiyyətinin cavabı özünü çox gözlətmədi.
Azadmedia.az xəbər verir ki, İcra hakimiyyərindən verilən məlumata görə Şamaxı Şəhər İnzibati Ərazi Dairəsinin əməkdaşları qeyd olunan binanın zirzəmisinə baxış keçirmiş, zirzəmiyə yığılan suyun təmizlənməsi ilə əlaqədar 2 saylı Regional Su Kanal idarəsinin Şamaxı Su Kanal sahəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilmişdir. O da qeyd edilib ki, sözügedən binanın texniki vəziyyətinin qiymətləndirilməsi üçün Fövqaladə Hallar Nazirliyinə müraciət olunacaq
https://azadmedia.az/sosial/69681-azrbaycan-33-kucsinin-sakinlri-qzal-binada-yaamaqdan-bezib-amaxdan-kayt-fotolar.html
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.