Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Azadmedia.az xəbər verir ki, bu məlumatı Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova media nünayəndələri üçün təşkil edilmiş AÇIQ QAPI-da bildirib. Onun sözlərinə görə Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər.
Qeyd edək ki, respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan “1542” Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.