İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkızinə edilən zənglərin sayı açıqlandı. Agentlikdən Azadmedia az-a verilən məlumata görə Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Yanvar ayına olan göstəriciyə görə mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 09 saniyə olub.
Məlumat üçün qeyd edək ki, 2022-ci il ərzində “1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.