İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni xətt istifadəyə verib.
Azadmedia.az xəbər verir ki, bu barədə 14 fevral tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində media və qeyri-hökumət nümayəndələri üçün təşkil edilən “Açıq qapı” günündə Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova məlumat verib.
N.Ramazanova Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı digər yenilikləri də diqqətə çatdırıb: “Noyabr ayından etibarən icbari tibbi sığorta ilə bağlı yeni xətt - göndərişlərin verilməsi xətti (1542-3) istifadəyə verilib. Bu xəttə zəng etməklə vətəndaşlar sığorta çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası ilə bağlı suallarına cavab ala bilərlər. Artıq bu günədək bu mövzuda 3926 müraciət cavablandırılıb. Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Noyabrdan bu günədək rus dilində ümumilikdə 1171 müraciət cavablandırılıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.