AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İTS ilə bağlı ən çox verilən 6 sual, 6 cavab

  • + A
  • - A
  • 14-02-2023, 22:24

    İTS ilə bağlı ən çox verilən 6 sual, 6 cavab

    Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində media və qeyri-hökumət nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilmişdi. Böyük işlər görülür, tezliklə hamımız faydasını görəcəyik. Çağrı mərkəzi haqqında əvvəlki məqalələrdə ətraflı məlumat verməyə çalışdım. Açıq Qapıdan sonra fürsətdən istifadə edib Agentliyin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədovaya ən çox müraciət olunan sualları ünvanladıq. Azadmedia.az İcbari tibbi sığorta ilə bağlı ən çox ünvanlanan sualları Aynurə Əhmədovanın cavabında təqdim edir:

    - İTS üçün il ərzində limit varmı?
    - Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün sığorta paketinə daxil olan 2560 xidmətin hər biri limitsizdir, vətəndaş il ərzində paketin imkan verdiyi bütün xidmətlərdən yararlana bilər. Orda təkcə fizioterapiya xidmətləri ilə bağlı il ərzində hər prosedurdan 10 prosedur ödənişsizdir. Masajla bağlı da həmçinin hər bir nayihəyə 10 prosedur ödənişsizdir.

    - Yanvarın 5-dən bir çox Elmi-Tədqiqat İnstitutları TƏBİB-in balansından çıxarılıb Səhiyyə Nazirliyinin balansına keçdi. Həmin institutların xidmətindən yarralanmaq üçün qaydalara dəyişiklik edilibmi?
    - Xeyr. Heç bir dəyişiklik yoxdu. Vətəndaşlar əvvəlki qayda ilə İTSDA-nın tətbiqindən istifadə edə bilərlər.

    - Son dövrlər İTS ilə bağlı maarifləndirmə nəzərəçarpacaq qədərdir. Şikayətlər azalıbmı?
    - Bu dəfə şikayətlərin mövzusu dəyişib. Hazırda ən çox şikayətlər növbələrin çoxluğu ilə bağlıdır. Bir də nəzərə alınmalıdır ki, həkim göstərişi, göndəriş olmasa, özəl xəstəxanalara müraciət ödənişlidir. Əgər lazım olan tibbi xidmət dövlət xəstəxanasında varsa, xidmət dövlət xəstəxanalarında göstərilir.

    - Vətəndaşlardan sığorta kimlərə şamil edilmir?
    - Şəxs Azərbaycan vətəndaşıdırsa, yalnız cəzaçəkmə müəssisələrində və orduda olanlara şamil edilmir. Onlar cəza evindən çıxırsa, qulluqdan evə dönürsə, şəxsiyyət vəsiqələri varsa, həmin andan sığorta xidmətlərindən istifadə edə bilər.

    - Qeydiyyatda olduğu yerdən göndəriş vacibdirmi?
    - Xeyr. Yaşadığı ərazinin poliklinikasına müraciət edə bilər, qeydiyyat rol oynamır.

    - Nə üçün sağlamlıq kağızları ödənişlidir?

    - Çünki o arayışlar xəstəlik zərurətindən yox, hansısa işdən ötrüdür. Sığorta yalnız vətəndaşların sağlamlıq durumu ilə bağlı problemlərin ödənişsiz həllinə çalışır.

    Əziz izləyicilərimiz, əlavə suallarınız yaranarsa, bizə yazın, növbəti dəfə sizi maraqlandıran suallara cavab alaq.
    Hazırladı Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR