Rusiyanın Barnaul məhkəməsi jurnalist Mariya Ponomarenkonu 6 il azadlıqdan məhrum edib.
Mariya ötən ilin aprel ayında teleqram kanallarının birində Rusiya hərbçilərinin Mariupol dram teatrına zərbə endirdiklərini yazıb. Hadisə nəticəsində buraya sığınan xeyli dinc sakin həlak olmuşdu.
Rusiya isə teatra zərbə endirdiyini etiraf etmir və deməli, Ponomarenko “rus ordusu haqqında saxta xəbər yayıb”.
Azadmedia az rus mediasına istinadla xəbər verir ki, Mariya dünən son sözündə bunları deyib: “İnanın, barmaqlıqlar arasında ləyaqətli insanlar “Vahid Rusiya” partiyasında olduğundan çoxdur. Şərti azadlığa çıxana qədər çətin ki, oturum: dəyişikliklər daha tez baş verəcək... Bütün totalitar rejimlər ən möhkəm dövrlərini çöküş ərəfəsində yaşayırlar”.
Hökm bugün, bir neçə saat əvvəl çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.