AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaş Xəqani Quliyevin xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılır - İDDİA

  • + A
  • - A
  • 16-02-2023, 12:31

    Vətəndaş Xəqani Quliyevin xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılır - İDDİA

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Xəqani Quliyevin 2019-cu il avqustun 8-də Sumqayıt şəhərində xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılması ilə bağlı informasiyalar yayılıb.

    Həqiqətə uyğun olmayan həmin məlumatlarla bağlı bildiririk ki, qeyd olunan cinayət işi üzrə ittiham aktı 2021-ci il sentyabrın 9-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslər - Bəxtiyar Fərəcov 8 il 6 ay müddətinə, Sabir Əskərov 2 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tural Sadıqov isə 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti cəzaya məhkum edilib.

    Hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR