AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda jurnalistika fəaliyyəti ilə bağlı cərimələrin tətbiqi nəzərdə tutulub

  • + A
  • - A
  • 17-02-2023, 14:39

    Azərbaycanda jurnalistika fəaliyyəti ilə bağlı cərimələrin tətbiqi nəzərdə tutulub

    Bu gün Milli Məclis İnzibati xətalar məcəlləsinə müvafiq düzəlişləri müzakirə ediblər.

    Təklif edilən cərimələr:

    ▪️Məhkəmə qərarı olmadan şəxsin təqsirli olduğu barədə iddialara görə: vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər 2500-3500 manat.

    ▪️İnformasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlanmasına görə: fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 500-700 manat, hüquqi şəxslər 2000-3000 manat.

    ▪️Təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə: vəzifəli şəxslər 300-600 manat, hüquqi şəxslər 1000-1500 manat.

    ▪️Media məhsullarının yayımına mane olmasına görə fiziki şəxslər 200-300 manat.

    ▪️Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə görə 300-600 manat.

    ▪️Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verilmədikdə 300-500 manat.

    Layihə birinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR