AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

O ərazilərdə yenidənqurma işlərinin aparılması qadağan olunmalıdır - EKSPERT RƏYİ

  • + A
  • - A
  • 20-02-2023, 13:15

    O ərazilərdə yenidənqurma işlərinin aparılması qadağan olunmalıdır - EKSPERT RƏYİ

    Türkiyədə zəlzələ baş vermiş ərazilərdə yenidən qurma və tikinti işlərinin aparılması gələcək nəsilləri yeni bir fəlakətlə üz üzə qoya bilər. Azadmedia.az xəbər verir ki, bu fikirlər tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevə məxsusdur. Elnur bəyin fikrincə, ərazilərin dağıntılardan təmizlənməsi, yeni yolların cəkilməsi, infrastrukturların qurulması cox uzun müddət zaman alacaq. Bu isə Türkiyə hökumətinin həmin ərazilərin yenidən qurulması ilə bağlı xalqa verdiyi 1 illik vədlə üst üstə düşmür. Ölkəmizdə köhnə binaların sökülərək yeni binalarla əvəzlənmə prosesinə nəzər salsaq, təcrübədə bu proses təqribi 2,5 - 3 il müddətə başa gəlir. Binanın sökülməsi, ərazinin təmizlənməsi, tikintidə bünövrənin qazılması, betonlanması və betonun quruması, əlavə olaraq hər mərtəbədə verilən betonun quruması, ara divarların hörülməsi, suvanması və mənzillərin daxili təmiri bəlli bir zamana başa gəlir. Təbii ki, bu proses zamanından tez, yəni beton hissələr qurumadan baş verərsə o zaman tikinti bitdikdən sonra cökmələrin olması qacılmazdır.
    Başqa bir tərəfdən isə sosial şəbəkələrdə zəlzələdən əvvəl də həmin ərazilərdə yaşayan sakinlərin paylaşımlarından acıq şəkildə bəlli olur ki o ərazilərdə mütəmadi olaraq zamanla kicik ballıq zəlzələlər baş verirmiş. Yəni həmin ərazilər seysmik zona olaraq zəlzələyə meyilli ərazilərdir. Düşünürəm ki, o ərazilərdə yenidən qurma işlərinin aparılması qadağan olunmalı və o yaşayış massivləri zəlzələyə meyilli olmayan digər ərazilərdə tikilməlidir. Bu həm tikinti işlərinin sürətləndirilməsinə gətirib cıxara bilər, həmcinin gələcəkdə həmin, yəni zəlzələ baş vermiş ərazilərdə yenidən zəlzələ baş verərsə o zaman dövlət təlafat və dagıntılardan qorunmuş olar.
    Bu mənim şəxsi fikrimdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR