AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mediasiya nədir və rüsumu nə qədərdir?

  • + A
  • - A
  • 20-02-2023, 17:14

    Mediasiya nədir və rüsumu nə qədərdir?

    Ər və arvad boşanma üçün məhkəməyə ərizə ilə müraciət etməzdən öncə mediasiyadan keçməlidir. Mediasiya prosesi, mediator tərəfindən mübahisənin məhkəmədən kənar həll yoludur. Bu proses tərəflərin barışma niyyətinin olub-olmamasından asılı olmayaraq, həyata keçirilməlidir.

    Azadmedia.az xəbər verir ki, Mediasiyadan keçmək üçün ər və arvad hər ikisi, tərəflərdən biri müraciət etdikdə isə qarşı tərəfə təklif göndərdikdən sonra mediasiya şurasına ərizə ilə müraciət edir. Ərizədə prosesin keçiriləcək mediasiya təşkilatı, mediator eyni zamanda vaxt və gün göstərilə bilər. Vaxt və gün təyin edildikdən sonra tərəflərin iştirakı ilə mediasiya prosesi həyata keçirilir.

    Mediasiyanın nəticəsindən asılı olaraq, tərəflər arasında mübahisə barışıq yolu ilə həll olunduğu zaman barışıq sazişi bağlanılır. Barışıq sazişi imzalanmadığı təqdirdə, mediator tərəfindən verilən mediasiyada iştirakı təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunaraq, məhkəməyə verilir. Qeyd edək ki, mediasiyaya müraciət edən tərəf 50 manat mediasiya rüsumu ödəməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR