AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASCO qardaş Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib

  • + A
  • - A
  • 21-02-2023, 18:32

    ASCO qardaş Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib

    Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) qardaş ölkə Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərini davam etdirir.

    ASCO faciədən zərər çəkmiş şəxslərin zəruri ehtiyaclarının qarşılanması məqsədilə Türkiyəyə növbəti dəfə qida məhsulları, qızdırıcı soba, keçəli linoleum, gigiyenik vasitələr və gündəlik istifadə olunan digər əşyalardan ibarət humanitar yardım göndərib.

    ASCO ailəsi faciə ilə əlaqədar Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR