AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Media nünayəndələri üçün hüquqi terminlərdən ibarət kitab çap ediləcək

  • + A
  • - A
  • 23-02-2023, 12:06

    Media nünayəndələri üçün hüquqi terminlərdən ibarət kitab çap ediləcək

    Həbs qətimkan tədbiridir. Saxlanılan şəxsə məhkəmə qərar verdikdən sonra qətimkan tədbiri seçilir. Seçilən şəxs o demək deyil ki, o ağır cinayət törədib. 2 aydan başlayaraq aylarla çəkə bilər. İstintaq başa çatandan sonra azadlıqdan məhrum etmə olur. Saxlanılan şəxs 48 saatdan artıq saxlana bilməz. Araşdırma olarsa, istisna halda 1 sutka əlavə edilə bilər, 1 sutka da saxlanmasını əlavə etsək 96 saat çəkir. Daha sonra qaydaya uyğun olaraq ya azad edilir, ya da həbs qətimkan tədbiri seçilir.
    Azadmedia.az xəbər verir ki, bu sözləri
    Baş Prokurorluq tərəfindən media nümayəndələri üçün təşkil edilən "Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları" mövzusunda təşkil edilən treninqdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prpkuroru Rəşad Qasımov Mediada istifadə olunan terminlərin anlayışı treninqi zamanı bildirib.
    Yeni yaranan hüquqi terminlərə də aydınlıq gətirən R.Qasımov son vaxtların geniş termini Mediasiya barədə danışıb. İlk dəfə 1970-ci ildə yaransa da, ölkəmizdə yeni tətbiq edilir. Mediatorlar ali təhsilli, 3 il stajlı olmalıdır, 25 yaşdan başlayaraq tələblərə cavab verən hğr bir şəxs Mediasiyada mediator işləyə bilər.
    Həmçinin jurnalistlərə məlumat verilib ki, 39 qurum Hüquqi publik şəxs kimi fəaliyyət göstərir.
    Treninq zamanı bildirildi ki, jurnalistlər üçün hüquqi terminlərdən ibarət kitab nəzərdə tutulub. Maliyyə imkanı olmadığı üçün hələki siqnal nüsxələr çıxıb. Kitab çap olunduqdan sonra prokurorluq orqanları ilə əməkdaşlıq edən media nümayəndələrinə paylanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR