AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan Muxtar Respublikasında Ali Məhkəməyə hakimi təyin edildi

  • + A
  • - A
  • 24-02-2023, 19:47

    Naxçıvan Muxtar Respublikasında  Ali Məhkəməyə hakimi təyin edildi

    Bu gün Milli Məclisin plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib və ilk iki məsələ Milli Məclisin qərar layihələridir. Azadmedia.az-ın verdiyi məlumata görə Spiker gündəliyin 1-ci məsələsi - Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məlumat vermək üçün Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.
    Əli Hüseynli Səadət Bəktaşinin peşəkarlığını və işinə məsuliyyətlə yanaşmasını, həmçinin zəngin iş təcrübəsini qeyd edərək, onun Naxçıvanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının dərinləşməsinə öz töhfəsini verəcəyinə inandığını deyib.
    S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
    Spiker Sahibə Qafarova Səadət Bəktaşiyə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində uğurlar diləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR