AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir məmur ölkə xaricindəki biznesi ilə gündəmə gəldi

  • + A
  • - A
  • 25-02-2023, 11:44

    Daha bir məmur ölkə xaricindəki biznesi ilə gündəmə gəldi

    Daha bir məmur ölkə xaricində övladına biznes qurub, ev alıb. Bu dəfə xaricdəki əmlaklarıyla Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanov gündəmə gəlib. Azadmedia.az xaricdə yaşayan araşdırmaçı-bloger Cavanşir Həsənliyə istinadən məlumat verir ki,
    Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib. Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub. Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır.
    Bloger xatırladıb ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR