Deputat Ali Məhkəmə sədrliyinə gətirilir - İDDİA
Ali Məhkəmə sədrliyinə Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynlinin gətirilir. Azadmedia.az xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Aygün Muradxanlı şəxsi facebook səhifəsində yazıb. Aygün xanımın yazdıqlarını olduğu kimi təqdim edirik:"Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 yaşı tamamdır. Onun kresloda cəmi bir neçə saatı qalıb xəbərləri gəlir. Maraqlıdır, o, son saatlarında anasını ağlatdığı məhkəmə sisteminə daha hansı pislikləri edəcək? Sədaqətlə qulluq etdiyi Ramiz Mehdiyev çetesinin daha hansı tapşırığını yerinə yetirəcək? Gethagetdə Eldar Mahmudovun əlaltılarına babat pul qaytardılar. Daha hansı qara işə fürsətləri çatacaq? Görək…
Ali Məhkəmə sədrliyinə Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynlinin gətiriləcəyi deyilir. Onun bir dönəm Ali Məhkəmə təcrübəsi olub. Əgər o, MM-dən getsə, tutduğu post kimə veriləcək? Tərkibi yetərincə müəmmalı, Ramiz Mehdiyev ideyalarına sədaqət prinsipilə hərəkət edən “millət vəkilləri”lə dolu Məclisdə birinci vitse-spikerlik uğrunda kim savaşacaq?
Azərbaycan yeni vəzifə bölgüsü mərhələsinə daxil olur. Suallar çoxdur. Yaşayaq görək".
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR