AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərurdan olan şəhidin statusunu kim və niyə ləğv edib?

  • + A
  • - A
  • 26-02-2023, 18:49

    Şərurdan olan şəhidin statusunu kim və niyə ləğv edib?

    Naxçıvanda Şəhidin statusu illərdən sonra alınıb. Azadmedia.az xəbər verir ki, məlumatı araşdırmaçı-jurnalist Məhəmməd Qəribli paylaşıb.
    Jurnalistin yazdığına görə Tağıyev Rüstəm Rəşid oğlu 1992-ci ildə Sədərəkdə ”Mil” adlə yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olub. Məzarı Şərur şəhərindəki Şəhidlər Xiyabanındadır. Şəhidlərə aid yazılan bütün kitablarda onun keçdiyi döyüş yolu barədə məlumat var.
    Şəhid əslən Şərur rayonunun Qışlaqabbas kəndindəndir. Bugünlərdə şəhidin xatirəsini əziz tutmaq üçün onun şəkillini küçələrdən birinə vurmaq istəyən kənd sakinləri maraqlı hadisə ilə üzləşiblər.

    Sözügedən kəndin icra nümayəndəsi bildirib ki, Tağıyev Rüstəm artıq şəhid deyil və bir ildir ki, onun şəhidlik statusu ləğv edilib.

    "Kənd sakinlərinin verdiyi məlumata görə, onlar eyni cavabı Şərur Rayon Hərbi Komissarlığından da alıblar. Bizimlə əlaqə saxlayan kənd sakinləri bu məsələnin araşdırılmasını xahiş edirlər.

    Mən başa düşmürəm, şəhidlik statusu nədir ki, onu kimin kefi nə vaxat istədi versin, nə vaxt istədi ləğv etsin. Bu mövzunu sona qədər araşdıracam!", - M.Qəribli sonda qeyd edib.
    Biz də hadisədən təəssüf hissi keçirir, məsələni diqqətdə saxlayacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR