Bu yaxınlarda rəsmi dövlət qurumlarından birində çalışan Mehman Atasoy adlı vətəndaş atasının vəfat etdiyini, birdəfəlik müavinət almaq üçün DOST mərkəzinə yaxınlaşsa da, ona naxçıvanlı olduğu üçün xidmət göstərilmədiyini bildurmişdi. Vətəndaş naxçıvanlı olmağın onlara bürokratik əngəllər yaratmasından gileylənmişdi.
DOST mərkəzi nə üçün Naxçıvan MR-da qeydiyyatı olan vətəndaşlarımıza xidmət göstərib işlərini yüngülləşdirməyə xidmət edə bilmir? Azadmedia.az sualla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri və Abşeron rayonunda 6 DOST mərkəzi açılıb. Bu mərkəzlər yalnız Bakı şəhəri və Abşeron rayonu sakinlərinə xidmət edir.
Hazırda DOST mərkəzləri şəbəkəsinin genişləndirlməsi proqramı çərçivəsində Naxçıvan şəhərində də DOST mərkəzinin tikintisi işlər aparılır və yaxın gələcəkdə Naxçıvan MR sakinlərinə də DOST xidmətləri göstəriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.