Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşlığına inteqrasiyası üçün ilk addınlarını atdı.
Azadmedia.az Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlinin bu mövzu ilə bağlı fikirlərini öyrənib. M.Ələsgərli qeyd edib ki, Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşlığına inteqrasiyası üçün təmaslara başlamaq yönündə ən məqbul variantı seçdi. Müzakirə masasındakı mövzular əsasən sosial-iqtisadi motivlidir. Təbi qaz, elektrik təchizatı, ərzaq təminatı mülki əhali üçün daha cəlbedicidir və danışıqlar zamanı Bakıya üstünlük üçün şans verir.
M.Ələsgərli müzakirə mövzuları ilə yanaşı, məkan seçiminə də diqqət çəkib: "Müzakirələr Xocalıda baş tutub. Bu o anlamı daşıyır ki, rəsmi Bakı Xankəndində sığınacaq tapmış separatçı rejimlə, Araik çetesi ilə deyil, birbaşa mülki icmalarla təmasa üstünlük verir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.