AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir qrup deputat Balaxanı Sənaye Parkına səfər edib - Fotolar

  • + A
  • - A
  • 3-03-2023, 17:19

    Bir qrup deputat Balaxanı Sənaye Parkına səfər edib - Fotolar

    Bir qrup deputat Balaxanı Sənaye Parkına səfər edib. Səfər haqqında təəssüratlarını Azadmedia.az-a bölüşən deputat Məşhur Məmmədov biıdirib ki, bərk tullantıların idarə edilməsi məsələsi müasir cəmiyyətimiz üçün ən mühüm məsələlərdən biridir. Bununla bağlı problemlər cəmiyyəti həmişə narahat edir. Məişət tullantılarını idarə etmək mühüm olduğu qədər də mürəkkəb, çətin bir prosesdir.

    Deputat həmkarlarım İltizam Yusifov, Sadiq Qurbanov, Əliabbas Salahzadə və Anar Məmmədovla birlikdə Bakı şəhərində tullantıların idarə edilməsi və təkrar emal prosesi ilə tanışlıq məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində olduq. Bura Balaxanı bərk tullantıların çeşidlənməsi, yandırıllması zavodu və Balaxanı Sənaye Parkı daxildir.

    Burda bərk məişət tullantıları çeşidlənərək təkrar emal edilir və sonradan Balaxanı Sənaye Parkında məhsul istehsalına yönləndirilir. Qalan hissə isə yandırılır, zərərsizləşdirilərək əvəzində elektrik enerjisi istehsal olunur.

    İdarə Heyətinin sədri Etibar Abbasov fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, il ərzində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilən 800 min tona qədər bərk məişət tullantılarının 500 min tona qədərinin bu zavodda yandırılaraq zərərsizləşdirilib və nəticədə 200 milyon KVt / saata qədər elektrik enerjisi istehsal edilib. Hazırda Balaxanı Sənaye Parkında 1000-dən çox işçi çalışır.

    Görüşdə Bərk tullantıların idarə edilməsi sahəsində gələcəkdə bölgələrdə ümumi Azərbaycanı əhatə edəcək perspektiv planlardan, bu sahədə ölkəmizdə qəbul edilmiş proqramların gələcək icrası və perspektivləri barədə fikir mübadiləsi apardıq.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR