Mağazaya basqın nəticəsində dünyasını dəyişən kollektor Rüfət Rahib oğlu Həşimovun ikinci Qarabağ müharibəsi veteranı olduğu üzə çıxıb. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub. Mərhum bu gün Bakıda Bibi-Heybət qəbiristanlığında torpağa tapşırılıb.
Azadmedia.az məlumat verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi Ənvər Yusifov, Rüfəti ikinci Qarabağ müharibəsi zamanı da göstərdiyi şücaət göstərdiyini deyib. O, dünənki hadisə zamanı qəhrəmanlıq göstərib, təslim olmayıb, yaralı vəziyyətdə sona qədər üzərinə düşən vəzifəni yerinə yetirib.
Rüfətin həmkarları gəncin karyerası ərzində nümunəvi işçi olduğunu qeyd ediblər. O, çox cəsarətli və fədakar idi. Rüfətin ölümü onlar üçün böyük itki oldu.
Rüfətin qatili hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri, 2001-ci il təvəllüdlü Rüxlan İsmayılovun Bakı şəhəri, Səbail rayonu ərazisindəki evlərdən birində gizləndiyi müəyyən edilib.
Həbs zamanı o, avtomat silahla polisə müqavimət göstərib.
Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.