AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Rəsulzadənin pedaqoji ideyaları maraqlı idi

  • + A
  • - A
  • 6-03-2023, 13:46

    Deputat: Rəsulzadənin pedaqoji ideyaları maraqlı idi

    Millət vəkili Etibar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anım günü münasibətilə yazdığı məqaləsində Rəsulzadənin pedaqoji ideyalarına diqqət ayırıb. Azadmedia.az sözügedən məqaləni təqdim edir:
    6 mart Azərbaycanın dövlət və ictimai xadimi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. O, yalnız öz millətinin azadlığı və müstəqilliyi yolunda çarpışmaları ilə deyil, həm də yaratdığı tarixi, fəlsəfi, elmi, ədəbi əsərləri, irəli sürdyü orijinal ideyaları ilə tariximizin ən böyük şəxsiyyətlərindədir. Onun pedaqoji ideyaları da çox maraqlıdır. Böyük dühanın pedaqoji ideyalarının mayasını XƏLQİLİK, HƏYATİLİK, TARİXİLİK VƏ MÜASİRLİK təşkil edir.

    Məhəmməd Əmin Rəsulzadə pedaqoji fikir tariximizdə təlim- tərbiyə elminin metodologiyasını hazırlamış, vətəndaş-insan yetişdirilməsi konsepsiyasını irəli sürmüşdür. O, ilk dəfə olaraq Azərbaycan türkünün siyasi, hüquqi azadlığını mənəvi azadlıqla vəhdətdə götürmüş, demokratik təhsilə,ana dili, milli məzmunda tərbiyə və ümumbəşəri dəyərlərə söykənən təlim üzrə qurulan məktəbi bunun üçün mühüm vasitə hesab etmişdir.
    Məhəmməd Əmin Rəsulzadə sırf Milli məzmunlu məktəb tərəfdarı idi. O, Azərbaycan təliminin uzun əsrlər fars və ərəb, XIX əsrdən isə rus təlim sistemində aparılmasını kəskin tənqid edirdi. Milli əqidəyə, milli düşüncəyə, milli əxlaqa yiyələnmək üçün məktəbdə təlimin mütləq ana dilində və milli məzmunda aparılmasını gərəkli sayırdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR