Tarlada qəpik-quruşa alınan məhsul bazarda 4-5 dəfə baha satılır. Əkən, becərən, əziyyət çəkən kəndli, qazanan monopolistlər...
Azadmedia.az xəbər verir ki, artan qiymətlərdən narazı qalan ictimai fəal Elyar İslamoğlu vətəndaşların narazılığını çatdırmağa çalışıb: "Bizim ölkədəki qlobal bahalaşmadan deyil, məmur özbaşınalığı, monopolist məmur bahalaşdırmasıdır.
Aidiyyatı qurumlar yumşaq arxalarını isti kabinetdəki komfortlu kreslolardan qaldırıb bazarlara, marketlərə monitorinqə çıxmır.
Kənd Təsərrüfatı naziri yeni təyin olunanda bir dəfə qucağına bir quzu aldı, bir dəfə traktora mindi, bir dəfə də ayağına "sapok" geyinib tarlaya girdi, küyə gedib alqışladıq ki, gənc nazir gəldi, ucuzlaşma olacaq, bolluq olacaq.
Bu da gənclərin fəaliyyəti...".
Günü-gündən hər şey bahalaşır, dolanışıq lap da çətinləşir. 15-20 manat pensiya, maaş artır, əvəzində hər şeyin qiyməti iki dəfə qalxır.
Narazı, aqressiv bir cəmiyyət kiçik qığılcıma bənddir. Ən azından qonşu ölkələrdə baş verənlərdən dərs çıxarmaq lazımdır, - E.İslamoğlu fikrini yekunlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.