AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Övladından xəbər tuta bilməyən ananın problemi həll edilib

  • + A
  • - A
  • 9-03-2023, 12:10

    Övladından xəbər tuta bilməyən ananın problemi həll edilib


    Bir müddət öncə Türkiyədə yaşayan Azərbaycan vətəndaşı (Türkiyə vətəndaşı ilə ailə quran) boşanma ilə bağlı məhkəməyə müraciət edib. Həmin ölkənin qanunvericiliyinə əsasən cütlüyün övladı müvəqqəti olaraq qoruma ailəyə verilib. Nəticədə ananın uşaqla əlaqə yaratmasında çətinlik yaranıb. Qoruma ailə Kahramanmaraşda yaşadığı üçün baş vermiş zəlzələ səbəbindən ana ilə uşaq arasında əlaqə tamamilə kəsilib. Bununla bağlı media nümayəndələri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib.

    Komitədən Azadmedia.az-a verilən məlumata görə məsələ dərhal nəzarətə götürülüb və müvafiq tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumuna əsasən hər iki qurumun birgə səyi ilə problem həllini tapıb və uşaq anaya verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR