İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.
Azadmedia.az xəbər verir ki, bu barədə "Report"a onun anası Dilarə Əskərova bildirib.
Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyyətcə fars olduğu və onunla daha yaxşı ünsiyyət qura bilmək üçün fars dilini öyrənməyə başlayıb:
"Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq".
Dünən də Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni bir məlumat yoxdur.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb.
Qeyd olunur ki, Almaniyada Jena Universitetinin tələbəsi olan, 27 yaşlı Fərid Səfərli fevralın 20-si eyni universitetdə təcrübə keçən sevdiyi qızı görmək üçün Tehrana gedib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da 4 martdan etibarən telefonu sönüb, onunla əlaqə tamamiylə itib. Ehtimal edilir ki, Fərid İranda saxlanılıb.
Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.