AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ucar rayonunda su qıtlığına qarşı maarifləndirilmə tədbirləri davam edir.

  • + A
  • - A
  • 10-03-2023, 23:07

    Ucar rayonunda su qıtlığına qarşı maarifləndirilmə tədbirləri davam edir.

    Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Ucar rayon Gənclər və İdman İdarəsinin və “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyi ilə “Ucar gəncləri arasında 6-cı Dayanıqlı İnkişaf Məqsədinin təbliği” layihəsinin 1-ci təlimi baş tutub
    Layihə çərçivəsində eko klub üzvləri ilə ilk görüş keçirilmişdir. Tədbirdə layihə rəhbəri Həmzə Məmmədov, Uşaq və yeniyetmələrə dəstək İB-nin sədri Fərhad Abdulov, Gələcək gənclər İB-nin sədri Kazım Məmmədov və klub üzvləri iştirak etmişdir. Layihə rəhbəri tərəfindən layihə haqqında məlumat verilmiş, klub üzvləri tərəfindən təkliflər səsləndirilmişdir. Tədbirin 2-ci hissəsində təlimçi tərəfindən məlumatlandırılan üzvlər qrup işləri hazırlamış və təqdim etmişdirlər

    Məlumat üçün qeyd edək ki, layihənin məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cı məqsədi olan “Təmiz Su və Sanitariya”nın icrasında Ucar rayonunun gənclərinin rolunu artırmaqdır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” qrant müsabiqəsinin qalib layihələri sırasındadır.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR