Çox dəhşətli ailə hekayələri var.
Cinayətkar Murad Niftizadənin cinayət işi üzrə sənədli filmi izlədim.
Biləsuvar Rayonunda Murad Niftizadə uşaqlıqdan ailəsində problemlər yaşayıb.Hələ atasının sağlığında anası Fatma Həmzəyeva atasına xəyanət edərək evli kişi ilə münasibət yaşayırmış.
Daha sonra isə atası bu utanc və xəcalətdən dolayı ürək tutmasından 37 yaşında vəfat edib.
Atasının ölümündən sonra anası Fatma Həmzəyeva dörd azyaşlı övladını ataraq o evli kişi ilə qaçıb.
Muradın bacısı Gülşən isə onları ətrafına yığaraq böyütməyə başlayıb.Bu işdə onlara bibiləri və əmisidə kömək edib.
Murada isə uşaqlıqdan ətrafındakılar pis gözlə baxıb, anası q...ə deyə təhqirlər edirmişlər.
Bacısı Gülşən isə bunlardan bezib anasının valideyn hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə qərarı ilə anaları Fatma Həmzəyeva analıq hüququndan məhrum edilib.
Bu müddət ərzində onlar böyüyürlər.Anası Fatma Həmzəyeva bacısı Elgün Niftizadəni öz yanına Bakıya aparıb.
Murad Niftizadə isə bu müddət ərzində Rusiyanın Saratova şəhərində əmisinin yanında yaşayırmış.Bu müddətdə o bacısı Elgünün instagramda yüngül həyat tərzi yaşadığını, oğlanlarla açıq-saçıq şəkilləri olduğunu görürmüş.
Daha sonra böyük bacısı Gülşənlə danışaraq Elgünü öz yanına Rusiyaya aparmaq istədiyini deyib.Bacısı isə bununla razılaşıb.
Murad Niftizadə Bakıya Uğur-2 yaşayış kompleksində anası Fatma Həmzəyevanın yanına gəlir ki, bacısı Elgünü özü ilə aparsın.
Fatma Həmzəyeva ilə aralarında mübahisə düşür, Fatmaya atasının sağlığında xəyanət etdiyini indi isə bacısı Elgünün həyatını məhv etməsinə icazə verməyəcəyini deyir.Fatma isə bunu yaxşı etdiyini Elgünün isə onun bacısı olmadığını bildirir.
Bu sözdən qəzəblənən Murad anası Fatmanın başına yumruq vurur, Fatma isə mətbəxdən bıçaq götürərək Muradın çiyninə zərbə vurur.İkinci zərbəni vurmaq istəyəndə Murad bıçağı ondan alaraq 30-dan çox bıçaq zərbəsini Fatmaya vurur, bu vaxtı marketdə olan bacısı Elgün içəri daxil olur.Hadisəni görən Elgün qardaşı Muradın üstünə hücum çəkir.Murad isə daha sonra 32 bıçaq zərbəsi ilə bacısı Elgünü öldürərək mənzili tərk edir.
Baş vermiş cinayət hadisəsi 2019-cu ilin dekabr ayında baş verir.Bundan sonra ölkəni tərk edən Murad Niftizadə 2022-ci ilin mart ayında beynəlxalq axtarış nəticəsində Rusiyanın Saratovo şəhərində saxlanılaraq Azərbaycana ekstradisiya edilir.
Fatmanın və Elgünün meyitlərini qohumları qəbul etməyərək, Biləsuvarda dəfn edilməklərinə icazə verməyiblər.Hər ikisi Bakıda kimsəsizlər qəbirstanlığında dəfn edilib.
Cinayət işi üzrə Murad Niftizadəyə məhkəmə qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib...
Vəli Quliyev