AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar - ŞİKAYƏT

  • + A
  • - A
  • 13-03-2023, 13:06

    Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar - ŞİKAYƏT

    Dövlət İmtahan Mərkəzindən narazılıqlar bitmir. Bu dəfə mövzu tərtib etdikləri bərbad suallar yox, girişdə nəzarətçilərin şagirdlərin bədəninin hər yerinə yoxlama adı ilə əllə toxunmalarıdır. Yetkinlik yaşında qızların və oğlanların bədənlərinə əllə toxunuş nə dərəcədə doğrudur? Niyə ayrılan pullara rəğmən uşaqlar aparatla yox, əllə yoxlanır?
    Azadmedia.az bu sualla Dövlət İmtahan Mərkəzinə müraciət edib mövzuya qayıdacaq. Hələlik isə dünən imtahanda qızı iştirak etmiş valideyn Günay Musayevanın haqlı iradını təqdim edir:

    "Bugün və bu dəqiqiə çox vacib bir mövzuya toxunuram ki, sizin də münasibət bildirməyinizi istəyirəm!
    Deməli, bugün, mənim qızım bir çox 11-ci sinif şagirdləri kimi buraxllış imtahanına girdi. Evə gəlib mənə danışdıqlarından şokdayam, necə ki uşaq özü şokda idi!!!
    İmtahana girişdə yoxlanmaqdan gedir söhbət.
    Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar. Oğlanlar və qızlar ayrı ayrılıqda məsuliyyətli şəxslər tərəfindən əl ilə toxunaraq, alt paltarına kimi yoxlanırlar. Burada ətraflı deməyi özümə ayıb bilirəm, amma uşaqları əl ilə bütün bədən hissələrinə toxunmaq nə deməkdir???
    Kimin ixtiyarı var yeniyetməyə valideyni yanında olmadan əl vurmağa, alt paltarına toxunmağa, bu şəkildə alçaltmağa??? Bİz hansı cəmiyyətdə yaşayırıq?? Bu insan haqlarının pozulması deməkdir!!!
    Kimin ixtiyarı var bucür kobud şəkildə uşaqlarımızın hüququnu pozsun, alçaltsın, psixoloji təzyiq göstərsin?!
    Mən öncə qızımın dediklərinə tam inana bilmədim, soruşdurmağa başlayanda dəhşətə gəldim! İllərdlə davam edirmiş bu alçaldılcı, səviyyəsiz davranış!!!!
    Mənim övladlarım İB sistemi ilə təhsil aldığından yerli sistemdən uzaq olmuşuq, indiyə kimi SAT, İELTS və bu qəbildən olan çox imtahanlarda iştirak etmişik və sivil dünyanın sivil imtahanlarında heç bir stress yaşamamışıq.
    Bəs bizdəki bu qaydaları kim qoyur?? Kim nəzarət edir?? Şəffaf imtahan keçirməyin başqa yolu yoxmu?? Niyə dünyadakı imtahan qaydalarından, insan hüquqlarından, yeniyetmə psixikasından , sivil sistemdən bixəbərdilər bizimkilər?? Axı bu təhsildir!!!
    Təhsildə də bucür kobudluq və qanun pozuntusuna yol verilirsə, başqa sahələrdən nə gözləyək?!!!

    Mən bu məsələnin ictimailəşdirilməsini istəyirəm. Aidiyyətli orqanlqarın məsələyə münasibətini istəyirəm və qanun çərçivəsində həllini tələb edirəm!!!

    Paylaşaq, səsimizi qaldıraq, haqqımızı tələb edək!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR