2-3 il əvvəl
Azercell mənim telefonda saxlanmayan nömrəmə 9 manat yazmışdı, məbləğ hər ay artırdı. Bu haqda digər nömrəmə gələn məhkəmə hədəsi məktubunda xəbər tutdum və Baş idarələrinə getdim. Başa salmağa çalışdım ki, nömrəni alandan telefona taxmamışam, onlarsa israrla boynuma qoydu, guya hansısa proqrama qoşulmuşam. Əlqərəz, borcu ödəyib, nömrəni bağlatdırdım.
... 4 aydı şəbəkəmiz yoxdu Rəsulzadə qəsəbəsində. Əlaqə saxladım, dedilər şəbəkənin yeri dəyişir, marta qədər həll ediləcək. Təəssüf ki, heç bir irəliləyiş yoxdu. Oxuyan elə bilər, Azercell-ə qərəzim var, bu dəfə Azercell-in dələduzluğu ilə bağlı şikayət sahibkar Nazim Bəydəmirlidən gəldi. Aybaay faktura borcunu ödəyən, heç vaxt bildiriş məktubu almayan sahibkarın nömrəsi bağlanıb, maraqlananda deyiblər ki, 900 manat borc var. Yazının sonunda
Azadmedia.az Azercell-i məhkəməyə verəcəyini bildirən sahibkarın yazısını və fotofaktları təqdim edir.
Vaxt vardı Azercell rəqib tanımırdı keyfiyyət və operativlik üzrə. Yenə rəqib tanımır,.. bu dəfə şikayətlər üzrə. Hardan, haraya, Azercell...
Elnurə Abuşova"1990-cı illərdən Azercell və mən Azərbaycana ayaq basandan bu nömrə mənim istifadəmdədir, bu günə qədər bir dəfə də olsun ki, nömrəm bağlanmayıb və fakturaları vaxtında ödəmişəm...
Gələn SMS bildirişlər 2019-cu ilin avqust ayından bu günə qədər telefonumun yaddaşındadır. Birinci və sonuncu SMS-ləri paylaşıram ki, görəsiniz. Hər dəfə də gələn məbləğin gpp.az və ya e-bankinglə ödəməyim haqqında qəbzlər var.
Bu gün telefonum bağlı olduğundan təəcüblənmişəm, hələ 21-nə qədər vaxt olmasına baxmayaraq, 20 manat ödəmişəm, telefon yenə bağlı qalıb, ofisə gəlib əlaqə saxlamışam və mənə elan ediblər ki, 900 manatdan çox borcunuz var, operatora nə qədər izah etsəm də mənə gələn bildiriş və emaillərə uyğun ödənişlər etmişəm, alınmadı, araşdırıb 5 gün ərzində cavab verəcəklərini dedilər.. Burada 3 variant qalır: ya kibercinayətkarlıqla bizə borc yazılır, ya da telefonumun dublikatını kimsə istifadə edir, ya da ki, əvvəllər su, qaz, elektrik sayğacları quraşdırılmamış "borc yazmaq" ənənəsi indi də Azercell-də tətbiq olunur..
Hörmətli dostlar, hələki 055-lə olan telefonuma zəng edin, məhkəməyə verməyi düşünürəm, 3 ildən də çox bir vaxtda bütün gələn fakturaları aybaay ödə, nə telefonun kəsilsin, nə borc tələb edilsin, günün birində də sənə borc yüklənsin?
P.S. Telefon nömrəmə gələn zəngləri başqa nömrəyə yönləndirmə xidməti də dayandırıldığından hansısa vacib zəngi buraxmış olsam, onu da vurulmuş zərər kimi məhkəməyə təqdim edəcəm...".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.