AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Oftalmologiya Mərkəzi Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi - FOTO

  • + A
  • - A
  • 19-03-2023, 13:44

    Milli Oftalmologiya Mərkəzi Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi - FOTO

    17 mart 2023-ci il tarixində Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Füzuli rayonu Bala Bəhmənli kəndində Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi. Aksiyada şəhid və qazi ailələri müayinə olundu.

    Azadmedia.az xəbər verir ki, aksiya çərçivəsində 142 nəfər müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Eyni zamanda, Mərkəz tərəfindən bir neçə sakin eynək ilə təmin olundu.

    Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

    Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Hacı Bədəlli Loğman, dr. Ağayeva Pərvin, rezident Ərəbov Emin tərəfindən həyata keçirildi.
    Aksiyada elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural iştirak etdi.

    T.ü.f.d. Yazgül Abdıyeva tərəfindən Space Tv-yə aksiya zamanı aşkar olunan xəstəliklər barədə məlumat müsaibə şəklində verildi.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR