AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hövzələri sintetik torlardan birlikdə təmizləyək

  • + A
  • - A
  • 28-03-2023, 10:01

    Hövzələri sintetik torlardan birlikdə təmizləyək

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xızı, Astara, Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov Azadmedia.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Vüqar Məmmədov, Seyfulla Rəcəbov, Qasım Əliyev, Əbülfəz Xudaverdiyev, Vüqar Qasımov, Bahadur, Arif və Bəhlul Kazımovlar, Astara rayon sakinləri Məmmədağa Bağırov, Ağamalı Rzayev, Xanbala Əhədov, Siyəzən rayon sakinləri Maqsud Bəşirov, Nicat Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

    “Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1873 metr uzunluğunda 25 ədəd sintetik tor yığışdırılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

    B.Məhəmmədov balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş yerlərdə və vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, təbiətsevər şəxsləri isə su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və ya teleqram qrupuna (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat verməyə çağırıb.

    Qeyd edək ki, "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə ETSN tərəfindən yeni aksiyaya start verilib.

    Layihənin əsas hədəfi ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların təbii populyasiyasının artmasına nail olmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR