İkinci Cümhuriyyətin banisi, görkəmli ziyalı,
dramaturq, həkim Nəriman Nərimanovun Naxçıvanda heykəli bərpa olundu! Azadmedia.az xəbər verir ki, bu sözləri jurnalist Eynulla Fətullayev şəxsi Facebook səhifəsində yazıb.
Qeyd edək ki, Naxçıvanda Nərimanovun heykəlinin götürülməsi birmənalı qarşılanmamışdı, tanınmış tarixçilərin, ictimaiyyətin etirazlarına səbəb olmuşdu. Muxtar respublikadan heykəlin təmir üçün götürülməsi xəbəri müzakirələri səngitmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.