Meqan Markl Böyük Britaniyanın hazırkı kralı III Çarlza məktublarında kral ailəsində dərisinin rənginə münasibətdən narahat olduğunu bildirən “The Daily Telegraph” nəşrinə reaksiya verib. Azadmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Düşesin mətbuat xidməti medianı tənqid edərək, monarxla 2021-ci ildə baş verən yazışmaların onun mayın 6-da tacqoyma mərasimində iştirak etməmək qərarına təsir etdiyini irəli sürüb.
"Sussex hersoginyası iki il əvvəl dörd il əvvəlki söhbətlərə həsr olunmuş yazışmalar haqqında düşünmədən həyatını indi yaşayır. Hər hansı əks fərziyyələr yalan və açıq şəkildə gülüncdür. Biz tabloidləri və müxtəlif kral müxbirlərini özlərinin yaratdıqları bu yorucu sirki dayandırmağa çağırırıq ", - Meghan Markle-nin nümayəndələri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.