AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 25-04-2023, 23:27

    Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 25-də Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşüb.

    Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

    Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, məscidlərin dini ədəbiyyatlarla təmin edilməsi, dini təhsil, habelə digər məsələlərlə bağlı müraciət ediblər.

    Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR