"Səyyar qəbul otağı" bu dəfə Tovuz sakinlərinin ixtiyarına verilib. Aksiyada ümumilikdə 20-yə yaxın müraciət ünvanlanıb. Görüş zamanı qaz xəttininin yerinin dəyişdirilməsi, debitor borcun yenidən araşdırılması, küçə qaz xəttinin çəkilişi və s. kimi müraciətlər səsləndirilib. Şəmkir RQİİ-nin məsul şəxsləri ünvanlanan problem və təkliflərin qeydə alınaraq aidiyyəti üzrə yönləndiriləcəyini aksiya iştirakçılarının diqqətinə çatdırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.