Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dəli Quşçu kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin əməkdaşları ümumbəşəri bəlaya çevrilən və gənclərin həyatını məhv edən narkomaniyanın zərərlərindən danışıblar. Bildirilib ki, “ağ ölüm” kimi tanınan na bu zərərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan hər bir şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunur.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.