AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÜST dünyada koronavirusdan ölüm hallarının kəskin azaldığını bildirir

  • + A
  • - A
  • 9-06-2023, 12:23

    ÜST dünyada koronavirusdan ölüm hallarının kəskin azaldığını bildirir

    Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10,4 mindən çox insan dünyasını dəyişib.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 47%, infeksiyaya yoluxanların sayı 38% azalıb.

    Belə ki, dörd həftə ərzində dünyada 1 720 356 yoluxma, 10 463 ölüm halı qeydə alınıb. Bu müddət ərzində ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 470 093. Sonrakı yerləri Avstraliya (147 684), Braziliya (113 286), Fransa (93 850) və ABŞ (93 260) tutur. Mayın 8-dən iyunun 4-dək ABŞ-da ən çox ölüm qeydə alınıb - 1943. İkinci yerdə Braziliya (1074), Fransa (555), İtaliya (549) və Rusiya (532) gəlir.

    İyunun 7-nə ÜST-nin saytında dərc olunan məlumata görə, dünyada 767 750 853 koronavirusa yoluxma halı qeydə alınıb, 6 941 095 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, əsl ölənlərin sayı ən azı 20 milyondur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR