İyunun 24-də Göyçay şəhərində “Aqroturizm və Sosial sahibkarlıq” (#GöyçayFest) festivalı baş tutub. Festival Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi” layihəsi çərçivəsində reallaşıb.
Festival zamanı kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin satışsərgiləri təşkil olunub, sosial sahibkarların məhsulları nümayiş etdirilərək ictimai tanıtımı olub.
Festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Göyçay Rayon İcra Hakimiyyəti, “Göyçay İnkişaf Mərkəzi”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Göyçay-Süd ASC, Education HUB, "Əminlər" şirkəti və AIESEC Azərbaycan Gənclər Təşkilatının birgə tərəfdaşlığı ərsəyə gəlib.
Məqsəd regionda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirmək olubr.
Festival zamanı çıxş edən dövlət qurumlarının rəsmiləri və digər qonaqlar regionlarda bu qəbildən festivalların keçirilməsinin xüsusi əhəmiyyətli olmasını qeyd edib, sosial sahibkarların cəmiyyətə tanıdılmasını və gənclər arasında təbliğ olunmasının vacibliyini qeyd ediblər. Ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq aqroturizm vasitəsi ilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin inkişafına yol açılır və kənd təsərrüfatının inkişafına töhfələr verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.