AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarında ƏDALƏTSİZLİK VAR!

  • + A
  • - A
  • 25-06-2023, 11:35

    Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarında ƏDALƏTSİZLİK VAR!

    Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarında ƏDALƏTSİZLİK VAR! Azadmedia.az xəbər verir ki, bu sözləri jurnalist Çingiz Səfərli sosial mediada bildirib.
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciət edən jurnalist səsləndirdiyi iddiaya aydınlıq gətirib.
    Bildirib ki, iki ildir musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanı mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə keçən il, nə də bu il məktəblərdəki vakant yerlər elan edilməyib. Vakansiyaların öncədən elan edilməməsi namizədlər üçün çətinlik yaradır. Məsələn, keçən il violin ixtisası üzrə onlarla insan sənəd verdiyi halda, cəmi 3 yerə qəbul aparılmışdı, Bakı üzrə isə heç bir vakansiya yox idi. Yəni, namizəd sənəd verdiyi sahə üzrə ona uyğun yerlərdə vakansiya olmadığını öncədən bilsə, kifayət qədər vəsait xərcləyib imtahana da daxil olmaz. Bu həm o şəxslərin vaxtını, həm də pulunu mənimsəməkdir.
    Digər tutarlı irad - müxtəlif alətlərin ifaçıları və musiqişünaslar üçün imtahanların test mərhələsinin eyni suallar əsasında keçirilməsi doğru deyil. Çünki test mərhələsində ixtisasa dair salınan suallar sırf musiqişünasların sahəsinə aiddir. Buna görə də, ifaçılar böyük əziyyət çəkirlər. Məsələn, kantrabas ifaçısı musiqi məktəbində musiqi ədəbiyyatı və solfecio, harmoniya fənnini tədris etməyəcəksə, ona bu sahənin dərinliklərindən suallar verilməsi nə dərəcədə doğrudur?!
    Jurnalist haqlı olaraq bildirir ki, klassik musiqi aləti ifaçıları ilə xalq musiqi alətləri ifaçıları üçün də suallar fərqli olmalıdır. Çünki, məsələn bir violonçel ifaçısı muğamın dərinliklərinə tar və ya kamança ifaçısı qədər bələd ola bilməz. Həmçinin dərs prosesində də şagirdə muğam tədris etmir. Bu baxımdan onlara muğam ladlarından çətin sualların salınması ədalətsizlikdir.
    Yuxarıda sadalanan qüsurlu qaydalar səbəbindən əzbərçiliyi olan, lakin ifaçılığı zəif şəxslər işə qəbul edilir, peşəkar ifaçılığa malik namizədlər isə test mərhələsini keçə bilmədiklərindən kənarda qalırlar.

    Sonda, Çingiz Səfərli bildirib ki, ötən il imtahanlar pulsuz keçirilmişdi. Qaydalarda da imtahanların ödənişli olmasına dair müddəa və öncədən elan olmadığı təqdirdə, necə olur ki, müəllimlərin işə qəbulu üçün 75, direktor və direktor müavinlərinin işə qəbulu imtahanı üçün 95 manat rüsum tələb olunur? Bunun qaydası, tarifi haqda hansısa qərar mövcuddurmu?
    Qeyd: İradlar haqlıdır. Çingiz.Səfərlinin haqlı suallarını qurumlara yönəldib mövzuya qayıdacağıq.
    Qeyd: Sorğumuza Dövlət İmtahan Mərkəzindən cavab olaraq bildirildi ki, Mədəniyyət Nazirliyinə müraciət edək. Çünki sifarişçi qurumdur, qaydaları Nazirlik müəyyən edir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR