Azərbaycanın Naxçıvanında Tumbultəpə yaşayış məntəqəsinin yerində arxeoloji qazıntılar aparılır.
AMEA Naxçıvan bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış məskənində tədqiqatlara başlayıb. Tədqiqatlar nəticəsində buradan qədim dövrlərə aid qəbir daşı və keramika nümunələri aşkar edilib.
Arxeoloji ekspedisiyanın rəhbəri, professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış məskəni ilk dəfə 2017-ci ildə aparılan arxeoloji qazıntılar zamanı qeydə alınıb, bu zaman eneolit dövrünə aid keramika nümunələri aşkar edilib: “Hazırda aparılan araşdırmalar Tumbultəpə yaşayış məntəqəsinin çoxqatlı abidə olduğunu göstərir. eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də tapılacaq”.
Qeyd edək ki, hazırda təpənin yalnız yuxarı hissəsi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqatların aparılması nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.