AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonası olub

  • + A
  • - A
  • 14-07-2023, 12:44

    Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonası olub

    İyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub, cari ilin altı ayında əsas istiqamətin ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olduğunu diqqətə çatdırıb.
    Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın qədim diyarlarıdır. Yeraltı və yerüstü sərvətlərə, flora və fauna, bol su ehtiyatlarına, tarixi mədəni-dini abidələrə malikdir. Turizmin inkişafı üçün geniş imkanlar var. Əfsuslar olsun ki, həmin gözəl və bərəkətli meşələr, çaylar, təbiət ermənilər tərəfindən ekoloji terrora məruz qalıb.
    Qeyd etmək istərdik ki, Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı xüsusi məruzə hazırlandı və qəbul edildi. Tərtər, Həkəri, Bazarçay, Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay kimi çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı çirkləndirən “Cronimet” şirkəti, eləcə də təbiətimizə, təbii sərvətlərimizə ziyan vuran, onu qəddarcasına istismar edən bütün xarici şirkətlər məsuliyyətə cəlb ediləcək. Bununla bağlı lazımi işlər görülür. Həm Azərbaycan vətəndaşları, həm də bütün dünya ermənilərin 30 illik cinayətlərinin fəsadlarını bilməlidir.
    Ölkə Başçısı qeyd etmişdir ki, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq. Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə.
    Böyük Qayıdış barədə danışan dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.
    İqtisadi layihələr barədə çıxış edən Ölkə Başçısı bildirmişdir ki, layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Ayrılan vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir .
    Eyni zamanda Cənab Prezident Qarabağ və Şərqi Zəngəzurun ekoloji fəlakət zonasına çox yaxın olduğunu bildirmiş, həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar.

    Elvin Fəttayev
    YAP Masallı rayon təşkilatı, İcra Hakimiyyəti ərazi partiya təşkilat sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR