AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadınların potensialının artırılmasına kömək etmək məqsədilə...

  • + A
  • - A
  • 8-08-2023, 17:16

    Qadınların potensialının artırılmasına kömək etmək məqsədilə...

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi region qadınları üçün “Şirvan zonasında həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və sahibkalıq bacarıqlarının inkişaf etdirilməsi”- informasiya treninq proqramı icra edir.

    Birliyin sədri Südabə Şirıliyeva bildirib ki, proqram Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirməyə başlayıb: “Layihə iki mərhələ üzrə həyata keçirilib. Hər mərhələdə seçilmiş rayonlardan olan qadınların böyük marağına səbəb olub. İkinci mərhələnin tədbirləri ilk olaraq qrafikə uyğun olaraq Qubustan rayonunda həyata keçirilib. Qobustan rayonu əkinçilik, heyvandarlıq və xalq sənətkarlığı ilə məşğul olunan reginlarımızdan biridir. Su ehtiyatlarının az olması bu regionda digər sahələrin inkişafına mane olub. Xalq sənətkarləğı qadınlar arasında əsas məşğulluq olub. Azərbaycanı bütün dünyaya tanıtdıran Şirvan xalçaları bu ərazidə yaşayan qadınlarınında əməyi olması və hazırlanması da tarixə düşüb. Satış problemləri, bəzi işbazların bu sahəni monopoliyaya alması bu sahənin bu ərazidə zəıfləməsinə səbəb olmuşdur”.

    Müstəqillik illərində Azərbaycanda bu mövzuya xüsusi diqqət yetirilib, dövlət strukturlarının fəal dəstəyi qadın sahibkarlığının inkişafı ilə bağlı statistik göstəricilərin müsbət istiqamətdə dəyişməsinə kömək edir deyən Südabə Şirıliyeva “biznes xanımlar”ın hələ də problemlərinin çox olduğunu da vurğulayıb: “Regionlarda özünü məşğuluq problemlərini həll etmək üçün kənd turizminin inkişadı diqqət mərkəzində saxlanmalıdır. Kənd turizminin inkişafı üçün əlverişli imkanlardan istifadə etməyə imkan olmadığı üçün bu sahəni də - xalq sənətkarlığını və xalçaçılığı maraq sahəsindən kənarlaşdırır. Hesab edirik ki, bu regionda kənd turizmi inkişafında xalq sənətkarlığının proqram kimi inkişaf etdirilməsi nəzərə alınmalıdır. Proqram işlənib hazırlanarkən bu regionun tarixə düşmüş sənatkarlıq sahələrinin inkişafına xüsusi diqqət yetirilməlidir.

    Birlikdən verilən məlumatda həmçinin qeyd olunur ki, Azərbaycanda özünüməşğulluğun inkişafının əsas tendensiyaları və istiqamətləri, vergitutma və sosial təminatların təmin edilməsi sahəsində xarici təcrübə nəzərə alınmaqla, xidmət təminatçıları və müştərilər üçün risklər, habelə təsirləri nəzərə alınmaqla yeni istiqamətlər müəyyənləşdirilməlidir və biz bunu bu layihə çərçivəsində Qobustan rayonu qadınları ilə müzakirə etdik. Sahibkarlıq fəaliyyəti prosesində olan qadınlar əhəmiyyətli çətinliklərlə üzləşirlər, lakin qeyd etmək lazımdır ki, qadın sahibkarlığının dəstəklənməsi üçün mövcud problemləri minimuma endirməyə və həll etməyə imkan verən özünüməşğulluq üçün yeni xidmətlər və hökumət tərəfindən həyata keçirilən dəstək tədbirləri vardır”.

    Qeyd edək ki, həyata keçirilən bu layihənin əsas məqsədi “kölgədən çıxmaq” üçün stimullaşdırıcı tədbirlərin işlənib hazırlanması və özünüməşğulluqda artım sahələrinin inkişafında qadınların potensialının artırılmasına kömək etmək məqsədi daşıyır.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR