AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT sədri: Müəllimlərin işə qəbulu üçün şəffaf və ədalətli sistem yaradılıb

  • + A
  • - A
  • 11-08-2023, 21:51

    QHT sədri: Müəllimlərin işə qəbulu üçün şəffaf və ədalətli sistem yaradılıb

    Hazırda əhalinin məşğulluğunun təmin edilməsində dövlət qurumlarının payı kifayət qədər böyükdür. Buna görə də, əmək müqavilələrinin böyük əksəriyyəti məhz dövlət qurumlarında bağlanıb. Dövlət qurumları sırasında təhsil müəssisələrində çalışan kontingentin rolu kifayət qədər böyükdür.
    Bu baxımdan müəllimlərin işə qəbulunun şəffaf və ədalətli şəkildə keçirilməsi vacib amildir.
    Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə atılan uğurlu addımlar alqışa layiqdir.
    Bu fikirləri QHT.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib.


    Təşkilat sədri qeyd edib ki, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın sədri Günel Səfərovanın dəvəti ilə bu gün bir qrup jurnalist və QHT rəhbəri olaraq Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə keçirilən növbəti mərhələni - müsahibə mərhələsini izlədik.


    “İlk öncə prosesə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasına görə nazirliyə təşəkkür edirəm. Həm kənardan müşahidələr apardıq, həm də hər birimiz ayrı-ayrı müsahibələrdə iştirak etdik. İlk öncə onu qeyd edim ki, proses çox mütəşəkkil təşkil olunmuşdur. Daha vacib məqam isə şəffaflığın təmin olunması üçün yaradılan mexanizmlərdir. Vətəndaş cəmiyyəti nümayəndələrinə yaradılan müşahidə imkanı ilə yanaşı, həmçinin hər bir müsahibənin video lentə alınması çox uğurlu addımdır. Bu çox vacib məqamdır və gələcəkdə qiymətləndirə üçün əvəzsiz imkandır.”


    Bildiyimiz kimi müəllimlərin işə qəbulu müsabiqəsi 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
    C. Hüseynzadə qeyd edib ki, müsahibə mərhələsi də çox vacib mərhələdir. “Şəxsən özüm 1 müsahibədə iştirak etdim. Təqdim olunan suallar peşəkarlıq və dünya görüşü ilə bağlı idi. Verilən suallar və cavablara diqqət etdikdə həqiqətən müsahibə mərhələsinin vacibliyini bir daha görürük. Hesab edirəm ki, təhsil verənlər öz fənlərini yüksək səviyyədə bilməklə yanaşı, onların psixoloji vəziyyəti normal olmalı, peşəkarlığı və dünya görüşü də müəyyən standartlara cavab verməlidir.”


    Təşkilat sədri son zamanlar müəllimlik peşəsinə artan marağı və ali məktəbdə bu ixtisaslara üzrə balların yüksək olmasını də məhz savadlı şəxslərin işə qəbulu üçün yaradılan şəffaf və ədalətli sistemlə bağlı olduğunu qeyd edib.

    "Prosesdə alterativ imkanların yaradılması da uğurlu addımdır. Beləki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Bu meyarlar da müəllimlərin xeyrinədir" - deyə Cəsarət Hüseynzadə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR