“Qadın və Müasir Dünya” SX Mərkəzi İctimai Birliyi region qadınları üçün “Şirvan zonasında həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və sahibkalıq bacarıqlarının inkişaf etdirilməsi”- informasiya treninq proqramını Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirməyə başlayıb.
Layihə iki mərhələ üzrə həyata keçirilib. Hər mərhələdə Şirvan regionunun Qobustan, İsmayillı, Ağsu və Şamaxı rayonlarından olan qadınlar arasında məşğulluq problemlərinin aradan qaldırılması və informasiyaya ehtiyacı olan qadınları layıhəyə cəlb etməyə calışdıq. Bu layihənin həyata keçirilməsi bu seçilmiş rayonlardan olan qadınların böyük marağına səbəb olub. İkinci mərhələnin son tədbiri qrafikə uyğun olaraq Şamaxı rayonunda həyata keçirilib. Bölgələrə diqqət yetirsək görərik ki, sonuncu məqama gəlincə, doğrudan da, regionlarda qadınların iqtisadi maraqlarının reallaşdırılması paytaxtdan daha çox diqqət tələb edir. Eyni zamanda, regionlarda müəssisələrin yaradılması prosesi başlasa da davam etdirmək üçün imkanlar məhduddur. Biz tılimlər zamanı qrup müəssisə modeli istiqamətində fikirlərin formalaşdığının şahidi olduq. Belə olduğu halda daha çox qadının işlə təmin olunmasına imkan verməsi imkanlari yaradır. Belə düşünülsə də rayonlarda buna imkan yoxdur. Əgər kənd qadınları öz iş yerlərini yaratmaq imkanları olarsa gələcəkdə kənd yerlərində başqa işsiz qadınları da işə götürmək imkanlarına sahib ola bilərlər. Hələlik bu arzulardan ibarətdir və regionlarda bu işə səthi yanaşma, absurd qaydalar qadınların uzun müddət özünü məşğulluq problemlərini aradan qaldırmaq üçün çalışacaqlarını göstərir.
Son illərin müşahidələri göstərir ki, ölkəmizdə qadınlar kiçik biznesin yaradılmasına və özünü məşğulluğuna daha çox maraq göstərirlər. Bütün təbliğat və maarifləndirmələrə baxmayaraq, bizneslərini təşkil etmək yolunda “zəif cinsin” nümayəndələri ilk növbədə cəmiyyətin sırf psixoloji təzyiqi ilə üzləşirlər. Eyni zamanda, bu gün qadın sahibkarlığının problemləri hökumətin bir çox ixtisaslaşmış strukturlarının, eləcə də Dövlət Məşğulluq Agentliyinin və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) prioritetləri sırasındadır. QHT-lər və Agentliklər qadın sahibkarlığının inkişafının təşviqi, kiçik və orta sahibkarlar arasında qadınların sayının artırılması, bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirirlər. Qadın sahibkarlar, iqtisadi fəaliyyətin canlanmasına öz töhfələrini vermək istəyirlər, xüsusən də orada bizneslə məşğul olmaq üçün kifayət qədər əlverişli şərait yaranacağından çoxlu imkanlar. Bu baxımdan ümid etmək olar ki, Azərbaycanda “qadın işi” daha sürətlə inkişaf edəcək və təkcə kəmiyyət deyil, həm də keyfiyyət baxımından yeni zirvəyə yüksələcək. Layıhəyə maraq və region qadınlarının məşğulluq problemləri iştirakçıların bizim gözlədiyimizdən artıq olmasına səbəb olub. Bu da onu göstəriri ki, layıhənin davam etdirilməsi qadınların informasiyaya olan ehtiyacını qismən ödəyə bilər.
Bizim QHT sahibkarların bilik və bacarıqlarının artırılmasına, qadınların biznesə və özünüməşğulluğa cəlb olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilməsinə gələcək layihələrində də yer verəcək və bunun bir sıra uğurlu nəticələrni də görə biləcəyik. Bu layihənin əsas məqsədi “kölgədən çıxmaq” üçün stimullaşdırıcı tədbirlərin işlənib hazırlanması və özünüməşğulluqda artım sahələrinin inkişafında qadınların potensialının artırılmasına kömək etmək məqsədi daşıyır.
Qeyd etməliyik ki, xüsusilə kənd yerlərində qadın sahibkarlığının inkişafı ilə bağlı layihə və proqramların hazırlanmasında qadınların məşğulluğu məsələsi diqqət mərkəzində saxlanmalıdır. Layihənin həyata keçirilməsində dəstəyinə və ekspertlərinin iştirakına şərait yaratdığına, təlim iştirakçılarını maraqlandıran sualları cavablandırdıqlarına və dəyərli məsləhətlərinə görə KOBİA- nin rəhbərliyinə və həmin rayonlardakı nümayəndələri Cavanşir Məhərrəmova, Afşin Əfsərbəyliyə, Abas Abasova, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin və Dövlər Vergi Xidmətinin rəhbərliyinə və təlimlərin keçirildiyi rayonlardakı nümayəndəklərinə öz minnətdarlığımızı bildiririk.
“Qadın və Müasir Dünya” SX Mərkəzi İB – 1999 –cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2008 –ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Xüsusi Konsultativ Statusa malik QHT-dir.
Südabə Şirıliyeva
“Qadın və Müasir Dünya” Mərkəzi
Beynəlxalq Əlaqələr və İnformasiya Departamenti
(+99450)332 26 18
cwmw_az@yahoo.com