"Bələdiyyə, Resurs və Təlim Mərkəzi" İctimai Birliyi "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrasını davam edir.
Birliyin sədri Gülnarə Əmiraslanova bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işlərinə start verilib: “Sentybrın 5-də Samux rayonu Qarayeri qəsəbəsində 25 valideynə "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib. Təlim zamanı ailə, ailə dəyərləri, dəyərlərin müəyyən olunması, ailə fərdlərinin bir- birinə münasibəti, onların vəzifə və öhdəlikləri izah olunub. Həmçinin təlim zamanı müxtəlif energizerlər, komanda işləri və rollu oyunlardan istifadə olunub”.
Qeyd edək ki, təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.