İyul ayının 1-də “Dəyər” İnkişaf və Maarifləndirməyə Dəstək ictimai birliyi, “Qərbi Azərbaycanda mövcud olmuş toponimlərin dünya ictimaiyyətinə tanıdılmasına dəstək” layihəsinin icrasına başlayıb.
Birlikdən verilən məlumata görə, layihə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Üç ay müddətində həyata keçiriləcək layihənin məqsədi tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olmuş türk mənşəli toponimləri toplayaraq yaradılacaq ingilis dilli veb saytda dərc etməklə dünya ictimaiyyətində tanıtmaqdır.
Qeyd edək ki, layihənin icrası uğurla davam edir. Mövzü ilə bağlı materiallar toplanıb, veb sayta yüklənməsi prosesi gedir. Layihənin sonunda veb saytın, mətbuatın iştirakı ilə təqdimat mərasimi keçiriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.